Giriş
Bunun üçün bizə ilk növbədə data lazımdır. Sağ olsun Kaggle bize istədiyimiz datanı tapmaqda kömək etdi. İşə keçməzdən öncə demək istərdimki əslində Fraud detection Python və ya R ilə qurulması daha rahat, peşəkar və effektivdi. Çünki onlarda bunun üçün hazır kitabxanalar ve funksiyalar var, həm də statistik cəhətdən Pyhton və R çox əverişlidir. Düşünün ki, SQL də uzun uzadı query lər yazmaq əvəzinə Python və R da bunu 1 sətrlik kodla həll edə bilərsiz. Ancaq məqsədimiz bunu SQL ilə etməkdirsə başqa çarəmiz yoxdur)).
Hə birdə onu deyim ki SQL i bu kimi işlərdə kiçiltsəmdə SQL-in də hakim olduğu bir məsələ var ki, Big Data və Query lərda hansı ki, sətrlərin sayı milyonlarla olur o zaman eyni sorğunu həm Python, həm R, həm də SQL də çalışdırsaq bunu ən qısa zamanda SQL edəcək. Düzdü bu zaman SQL in köməyinə də indexləşdirmə çatır ki, oda əməliyyat zamanı datanı hissələrə bölüb əməliyyatı daha tez edir ancaq bizim mövzumuz bu da deyil )).
Gəlin keçək əsas məsələyə fırıldaqçılıq baş alıb gedir və dünya üzrə Azərbaycan bu siyahıda 1 ci yerdədir 50% lə. Bunun səbəbələri də başqa mövzudur. Demək biz datamızı tapdıq indi datamızı yükləyib üzərində SQL sorğularını apara biləcəyimiz bir proqram təminatı lazımdır ki bu işi bizim üçün SQL Server Management Studio edəcək. Və bunlar pulsuzdur. SQL Server Management Studio quraşdırma zamanı biraz sizi yora bilər, onada ki youtube size kömək edəcək.
SQL Server Management Studio -nun içində default olaraq gələn bir çox papkalar cədvəllər olacaq . Biz öz databazamızı yaradıb hər şeyimizi onun içinə ataq ki, sonra qrışılıqlıq olmasın.
Sonrada əvvəlcədən Kaggl-dan yüklədyimiz CSV formatlı datamızı import etdək .
Əvvəlcə bizə bir yol xəritəsi lazımdır ki , görəcəyimiz işləri ardıcıl edək.
1. Dataseti seçmək
– O data ki, içində bank əməliyyatları, tarixləri, şəxslərin məlumatları və bu kimi. (datanı mən səhifəyə linkin qoyacam, bu əziyyətdən sizi qurtaracam ancaq çirkli vəziyyətdə, özünüz təmizləyin ki, təmizlik zamanı datanın içində gəzərkən çox fikirlər yaranacaq sizdə. )))
Transactions.csv Datani yükləmək üçün üstünə vur.
2. Datanın ilkin emalı
Əvvəlcə dataya baxırıq nə var, nə yox. Nə bizə lazım olacaq, nə yox. Sonra buraxılmış dəyərləri ya silirik ya bərpa edirik, dublikat dəyərləri silirik. Və hə birdə əgər datanız aktual şəxsi məlumatları əks etdirirsə onları deyişdiririk.( Birdən gedib Kapital bankın datasını oğurlayarsız 😊)))
3. EDA- Kəşfiyyat
Datamızı ətraflı yəni statistik funksiyaların köməyi ilə kəşf edək. Əsas baxaq əməliyyatlar zamanı məbləğlərin paylanmasına, əməliyyatların,köçürmələrin növlərini müəyyən edək, onların paylanmasında trend və ya anormallıqlara baxaq hansı ki fraud ola bilər.
4. Yeni Özəlliklər
Datamızın bazasında yeni özəlliklər yəni sütünlar, dəyərlər və ya funksiyalar yaradaq ki hansı ki, əməliyyatların miqdarının ortalamasını, əməliyyatların tezliklərini, ən son əməliyyatdan sonrakı vaxtı.
5. Model qurmaq
Bu biraz sizi qorxuda bilər. Ancaq SQL də yox. Python və R da bu daha dərin və effektiv olsada SQL də bunu biz əvvəldən müəyyən etdiyimiz dəyərlər üzərində sorğu yazmaqdan ibarətdir. Hansı ki, şübhəli və anormal əməliyyatları müəyyən etsin. Məsələn ənənəvi və ümumi olmayan əməliyyatlar. Əsasən ya çox gecə, yada səhər tezdən olan bank əməliyyatları hansı ki, o zamanlarda normal insanlar böyük məbləğlərdə bank əməliyyatları etmir..
6. Modelin qiymətləndirilməsi
Dəqiqlik, F1-score kimi ölçülərdən istifadə edib modelimizi qiymətləndirək ki, modelimizin səhv qeyd etdiyi ama əslində olan düzgünləri minimuma endirməklə yanaşı , saxta əməliyyatları tapmaqda bizə kömək edə bilsin.
7. Təkmilləş
Çünki fırıldaqçı da təkmilləşir. Daimi olaraq yeni data və üsüllarla dəqiqliyinizi və effektivliyinizi artırın.
1 İlkin baxış
Əvvəl datamızın ilk 10 sətrini select edib baxaq hansı sütünlar var, dəyərləri hansıdır.
SELECT TOP 10 * FROM Transactions;
Müəyyən etdik ki bizə lazım olmayan sütünlar çoxdur. Burda 2 yol var ya bizə lazım olan sütünları saxlayıb digərlərini silmək yada lazımsız sütünları silmək. Deyəcəksiz eyni şeydir. Bəli nəticə eynidir ancaq SQL də yazılacaq sorğular fərqlidir. 1- ci si digər cədvəlin bazasında bizə lazım olan sütünları saxlamaqla kopyasını yaratmaq , hansı ki burda bizim esas dataya heç bir dəyişiklik olmadan yeni cədvəl yaradırıq, digərində isə əsas cədvəlimizin üzərində lazımsız sütünları silirik. Praktikada 1 ci daha məqsədə uyğundur. Çünki əvvəldə lazımsız bildiyimiz dəyərlər sonradan lazımlı ola bilir..
Select first_name,balance,amount,date,extraction,gender,age,txn_description,movement
Into ATransactions
FROM Transactions;
2 Əməliyyatdan öncə
Datamız hazır. İndi baxaq missing dəyərlərə. Bu Sql üçün problemdir o zaman ki, biz bütün datada boş olan dəyərləri eyni anda baxmaq istəsək. Çünkü uzun uzadı dinamik sql kodları yazmaq lazımdır ki, buda bezdiricidir halbuki Python və R bunu 1, 5 hərflik funsiya (isnull) ilə həll edir. Ancaq tək bir sütünun missing dəyərlərini yoxlaya bilərik. Ancaq çoxlu sütünlar olanda bu əlverişsizdir, o zaman ən rahati bu tip işləri python ilə qarşılıqlı görmək yaxşıdır..
SELECT * FROM ATransactions WHERE balance IS NULL;
Əgər balance sütununda hansısa null varsa həmin bütün sütünu bizə göstərəcək. Sütün adın dəyişməklə bütün sütünları yoxlaya bilərsiz. Bizdə Null dəyər yoxdur yaxşıki 😊.
Keçək dublikat dəyərlərə. İndi bir məsələ varki bizdə dublikat dəyərləri yoxlamaq üçün əsas yoxdur. Datamıza baxdıqda orda olan bütün dəyərlərin təkrarlana bilmələri də normaldır. Ancaq yenə də əgər siz bunu yoxlamaq istyirsinizsə cədvəl adin dəyişib aşağıdakı kodla yoxlaya bilərsiz.
SELECT transaction_id, COUNT(*) AS duplicate_count
FROM ATransactions
GROUP BY ATransactions_id
HAVING COUNT(*) > 1;
3 Statistik analiz
Sql R və Python kimi statistik analizdə yaxşı olmasada bir çox əsas tapşırıqları yerine yetirə bilir, xüsusəndə yuxarida qeyd etdiyim kimi Əlaqəli Big data və Querylərdə çox effektlidi. Gəlin biryerdə statistik analizləri edək..
SELECT
AVG (amount) As avg_amount,
Min (amount) As min_amount,
Max (amount) As max_amount,
Count(*) As total_transc
From ATransactions;
Bu kodunuzda sekildeki kimi bir error alacaqsız böyük ehtimal. Çünki amount sütunu varchar imiş sən demə.
Elə yaxşı qarşımıza çıxmışkən bir sütünlarımızın dəyişənlərin növlərini indidən bilək ki sonra yene problem yaşamayaq. Bunun üçün də bir neçə funksiyalar var.Məsələn ...
DESCRIBE table_name;
Ancaq Microsoft Server Studio üçün bu kod bizə kömək edəcək.
EXEC sp_help Atransactions;
Demək belə, gördük ki, datamızda bütün sütünlar varchar imiş. Riyazi hesablamar üçün bu alınmayacaq.İnteger ə çevirmemiz lazımdır adiyyatı sütunları.
Alter Table ATransactions
Alter Column balance Float;
Alter Table ATransactions
Alter Column amount Float;
Alter Table ATransactions
Alter Column age INT;
Alter Table ATransactions
Alter Column date DATE;
Bir problemimiz var ki, extraction sütünu yuxarıdaki üsülla DATETIME2 funksiyasın köməyi ilə date formatına keçirə bilməyəcəyik. Əvvəlcə dəyərimizi bu funksiyanın qəbul etdiyi formata uyğunlaşdırmalıyıq.
Update ATransactions
Set extraction = Left(extraction, Len(extraction)-9);
Bu funksiyanın köməyi ilə biz b sütundakı dəyərlərin son 9 simvolunu sildik ki, dəyərimizi istədiyimiz formata çevirə bilək.
Alter Table ATransactions
Alter Column extraction DATETIME2;
Stats 1. İndi keçə bilərik əməliyyatlara .
Select
Avg(amount) As avg_amount,
Min(amount) As min_amount,
Max(amount) As max_amount,
Count(*) As total_transc
from ATransactions;
Stats 2. Datanın paylanması. Daha dəqiq desək “amount” un paylanması..
WITH AmountRanges AS (
SELECT
amount,
CAST(amount / 100 AS INT) * 100 AS amount_range
FROM ATransactions
)
SELECT
amount_range,
COUNT(*) AS frequency
FROM AmountRanges
GROUP BY amount_range
ORDER BY amount_range;
Burda biz SQL in CTE(Common Table Expression) istifade edib bir amount range in yayılma tezliyin hesabladıq. Bunu Subquery ilə də etmək olardı, ancaq mən həmişə CTE ni üstün tuturam çünki daha rahat gəlir. Məntiqi odur ki əvvəl bizə lazımi filtir əsasında cədvəl yaradıb sonra ondan istədiyimizi select edirik. Subquery lərdə biraz qarısıq olur, yersiz beyini yorur..
Stats 3. Bir də customer_id yə görə istifadəçilərin transaksiyalarının yayılma tezliklərini müəyyən edək .
SELECT customer_id, COUNT(*) AS transaction_count
FROM ATransactions
GROUP BY customer_id
ORDER BY transaction_count DESC;
Stats 4. Balance la amount arasındakı korrelasiyanı tapmaq.
SELECT
(SUM((balance - avg_balance) * (amount - avg_amount)) / (COUNT(*) - 1)) /
(STDEV(balance) * STDEV(amount)) AS correlation
FROM (
SELECT
balance,
amount,
AVG(balance) OVER() AS avg_balance,
AVG(amount) OVER() AS avg_amount
FROM ATransactions
) subquery;
Ve ya
SELECT CORR(amount, balance) AS amount_balance_correlation FROM ATransactions;
Note: MySql və PostgreSQL də hazır Corr funsiyası varsa da SQL Server də bu yoxdur deyə biz bunu manual olaraq hesabladıq.
Şəkildən də göründüyü kimi korrelasiyamız zəif müsbət sayılır. Korrelasiya -1 və 1 arasında olur, müsbət 1ə yaxınlaşdıqca dəyişənlər arasında xətti əlaqənin artdığı deməkdir.Bizim nəticədə də görünən o ki, balance ve ya amount un dəyişməsi bir birinə az təsir edir.Yəni balance artdıqca amountda o istiqamətdə artır ancaq az..
Hə birdə diqqət etdizsə burda CTE əvəzinə Subquery dən istifadə etdim. Proqramlaşdırmanın 2 ci qanunu anlaşılan kod yazmaqdırsa, 1ci qanunu qısa kod yazmaqdır😊 ..
Fraud-Fırıldaqçılıq tapma yolları. Datamızdakı anormallığı, outlier ləri tapsaq bu elə özü potensial fraud halları deməkdir. Bunun da bir çox yolları vardır ki, biz bunları SQL in köməyi ilə edə biləcəklərimizi deyəcəyik. 1-ci method- Ən Sadəsi = Standard Devition dan istifadə etməklə transaksiyaların ortalamadan uzaqlıqlarına görə müəyyən edə bilərik ki, buda anormallğı deyəcək..
1. Ortalamadan normadan çox yüksək dərəcədə çox və ya az olan transaksiyaları müəyyən edilməsi.
SELECT customer_id, amount
FROM ATransactions
WHERE amount > (SELECT AVG(amount) + 3 * STDEV(amount) FROM ATransactions)
OR amount < (SELECT AVG(amount) - 3 * STDEV(amount) FROM ATransactions);
2. Qısa müddət ərzində yüksək sayda əməliyyatları olan istifadəçiləri müəyyən edək.
3. Qısa vaxt ərzində müxtəlif məkanlardan edilən tranzaksiyaların müəyyən edilməsi.
4. Ənənəvi tranzaksiyalardan fərqlənən tranzksiya məbləğlərini müəyyən edək.
WITH user_avg AS (
SELECT customer_id, AVG(amount) as avg_amount, STDEV(amount) as stddev_amount
FROM ATransactions
GROUP BY customer_id
)
SELECT t.customer_id, t.amount
FROM ATransactions t
JOIN user_avg u ON t.customer_id = u.customer_id
WHERE t.amount > (u.avg_amount + 3 * u.stddev_amount)
OR t.amount < (u.avg_amount - 3 * u.stddev_amount);
Bu sorğu biraz sizin beyninizi qarışdıra bilər ancaq WITH ilə bu sadə görünür. Biz burda hər bir istifadəçinin əməliyyatlarının onların ortalaması və standard kənarlaşması ilə müqayisə edib, əhəmiyyətli dərəcədə fərqlənənləri müəyyən etdik.
5. Dublikat Tranzaksiyaların müəyyən edilməsi.
SELECT transaction_id, customer_id, amount, date
FROM ATransactions t1
WHERE EXISTS (
SELECT 1
FROM ATransactions t2
WHERE t1.customer_id = t2.customer_id
AND t1.amount = t2.amount
AND t1.date = t2.date
AND t1.transaction_id != t2.transaction_id
);
Qeyd: Ancaq mən əvvəldə transaction_id sütunu cədvələ əlavə etməmişəm deyə sorğu məndə çalışmayacaq. 😊 Siz belə səhvlər etməyin. Burdan o nəticə çıxır ki, görəcəyiniz işdə hansı dəyərlərin lazım olacağını bilmək üçün o iş haqqında anlayışınız olmağıda vacibdir. Bu bizdə öyrədici olduğu üçün səhv etmək normaldır və səhvlər necə olur deyə bunu dəyişməyəcəm. .
Əlavə Özəlliklər.
Bu o özəlliklərdir ki, bizim Fraud Detection modelimizi dahada inkisaf etdirib performansini artirsin.Görək onlar nələrdir..
1. Hər bir istifadəçinin tranzaksiyalarının sayı.
SELECT
customer_id,
COUNT(*) AS transaction_count
INTO
TransactionCount
FROM
ATransactions
GROUP BY
customer_id;
2. Hər bir istifadəçinin tranzaksiyalarının cəminin ortalaması.
SELECT
customer_id,
AVG(amount) AS avg_transaction_amount
INTO
AvgTransactionAmount
FROM
ATransactions
GROUP BY
customer_id;
3. Hər bir istifadəçinin tranzaksiyalarının cəmi.
SELECT
customer_id,
SUM(amount) AS total_transaction_amount
INTO
TotalTransactionAmount
FROM
ATransactions
GROUP BY
customer_id;
4. Hər bir istifadəçinin tranzaksiyalar arasındakı vaxt fərqi.
WITH TransactionLag AS (
SELECT
customer_id,
extraction,
LAG(extraction) OVER (PARTITION BY customer_id ORDER BY extraction) AS prev_transaction_date
FROM
ATransactions
)
SELECT
customer_id,
AVG(DATEDIFF(SECOND, prev_transaction_date, extraction)) AS avg_transaction_interval_seconds
INTO
TransactionFrequency
FROM
TransactionLag
WHERE
prev_transaction_date IS NOT NULL
GROUP BY
customer_id;
5. Hər bir tranzaksiyada balans dəyişkənliyi.
WITH BalanceChange AS (
SELECT
customer_id,
balance,
LAG(balance) OVER (PARTITION BY customer_id ORDER BY extraction) AS prev_balance
FROM
ATransactions
)
SELECT
customer_id,
balance - prev_balance AS balance_change
INTO
BalanceChange
FROM
BalanceChange
WHERE
prev_balance IS NOT NULL;
6. Tranzaksiya məbləğıərinin balansa nisbəti.
SELECT
customer_id,
extraction,
amount / balance AS transaction_amount_proportion
INTO
TransactionAmountProportion
FROM
ATransactions
WHERE
balance > 0; -- Sifira bolme probleminden qaçma
7. Müəyyən həddən yuxarı olan əməliyyatların yüksək dəyərli tranzaksiyalar kimi qeyd etmək..
SELECT
customer_id,
extraction,
amount,
CASE WHEN amount > 1000 THEN 1 ELSE 0 END AS is_high_value_transaction
INTO
HighValueTransactions
FROM
ATransactions;
Sonda bütün bu özəllikləri hər bir istifadəçiyə uyğun şəkildə bir View cədvəli altında birləşdirək..
SELECT
a.customer_id,
c.transaction_count,
ata.avg_transaction_amount,
tta.total_transaction_amount,
tf.avg_transaction_interval_seconds,
bc.balance_change,
tap.transaction_amount_proportion,
hvt.is_high_value_transaction
FROM
ATransactions a
LEFT JOIN
TransactionCount c ON a.customer_id = c.customer_id
LEFT JOIN
AvgTransactionAmount ata ON a.customer_id = ata.customer_id
LEFT JOIN
TotalTransactionAmount tta ON a.customer_id = tta.customer_id
LEFT JOIN
TransactionFrequency tf ON a.customer_id = tf.customer_id
LEFT JOIN
BalanceChange bc ON a.customer_id = bc.customer_id
LEFT JOIN
TransactionAmountProportion tap ON a.customer_id = tap.customer_id
LEFT JOIN
HighValueTransactions hvt ON a.customer_id = hvt.customer_id ;
MODEL DÜZƏLTMƏ
Hə indi keçək bu kiçik məqaləmizin böyük məsələsinə. Model qurma SQL in zəif tərəfi olsa da Model qurmanın məntiqini bilsəz bir çox sadə modelləri SQL də də tətbiq etmək olar. Model üçün bizə bir əlavə sütün da lazım olacaq ki, hansı ki biz datasetimizdəki bütün verilənlərin o sütuna nisbətdə doğru və ya səhv olduğun müəyyən ecdəcəyik. Bizə Fraud adlı bir sütün lazımdır ana datamızda. Hansıki dəyərləri 0 və 1 dən ibarət yəni əgər 1 dirsə bu Frıldaqçılıq halıdır, 0-dırsa isə yox. Bu sütünu qurmaqda əsas məsələdi, çünki onu düzgün məntiqlə qurmaq lazımdır ki, biz hər şəyi onun əsasıda müəyyən edəcəyik. SQL də bizim datamız əsasında bunu qurmaq üçün bu addımları etməliyik. .
1. Yüksək dəyərli tranzaksiyalar; amount>1000.
ALTER TABLE ATransactions ADD is_high_value_transaction BIT;
UPDATE ATransactions
SET is_high_value_transaction = CASE
WHEN amount > 1000 THEN 1
ELSE 0
END;
2. Tranzaksiyaların tezlikləri: hər saatda 5 dənə.
WITH TransactionFrequency AS (
SELECT
t1.customer_id,
t1.extraction,
COUNT(t2.extraction) AS transaction_count_hour
FROM
ATransactions t1
LEFT JOIN
ATransactions t2 ON t1.customer_id = t2.customer_id
AND t2.extraction BETWEEN DATEADD(hour, -1, t1.extraction) AND t1.extraction
GROUP BY
t1.customer_id,
t1.extraction
)
ALTER TABLE ATransactions ADD is_frequent_transaction BIT;
UPDATE ATransactions
SET is_frequent_transaction = CASE
WHEN TF.transaction_count_hour > 5 THEN 1
ELSE 0
END
FROM
ATransactions AT
JOIN
TransactionFrequency TF ON AT.customer_id = TF.customer_id AND AT.extraction = TF.extraction;
3. Qeyri adi vaxtlar: gecə 12-dən səhər 5 -ə.
ALTER TABLE ATransactions ADD is_odd_hour_transaction BIT;
UPDATE ATransactions
SET is_odd_hour_transaction = CASE
WHEN DATEPART(HOUR, extraction) BETWEEN 0 AND 5 THEN 1
ELSE 0
END;
ALTER TABLE ATransactions ADD fraud_label BIT;
UPDATE ATransactions
SET fraud_label = CASE
WHEN is_high_value_transaction = 1 OR is_frequent_transaction = 1 OR is_odd_hour_transaction = 1 THEN 1
ELSE 0
END;
Əvvəlcə demək sütünlarımızı düzəltdik hansıki fraud ola bilmə ehtimallı şərtlərə əsasən, sonra o sütünlardakı dəyərlərə əsasən hamısını birləşdirib Fraud_label sütünun yaratdıq. Məncə çətin bir şey deyil. Əsas məntiqi başa düşmək lazımdır ki, 1 sütün yaradırsan ki bu, bu hallarda fraud sayilir digər hallarda isə yox.Sonda isə bütün datanı bu sütuna görə müqayisə edirsən..
Python və R da da məntiq bucür işləyir sadəcə orda bu kimi hazır modellər və funksiyalar varki, bunu daha geniş və ətraflı həll edir.Onlar daha çox statistik riyazi əməliyyatlar aparır datanın üstündə, SQL də bu statistik funksiyalar yoxdur deyə zəif sayılır. Əgər alqoritmasıni bilirsənsə gərək əllə qurasan belə çox vacibdirsə..
Sonda də belə qruplaşdırıb nəticənizə baxa bilərsiz..
SELECT
fraud_label,
COUNT(*) AS count
FROM
ATransactions
GROUP BY
fraud_label;
Model qiymətləndirilməsi
Bizim bu klasifikasiya modelimizdə və ümumi olaraq modelin qiymətləndirilməsi zamanı aşağıdakı strukturu izləmək lazımdır. Adlarını ingilis dilində yazacam çünki bizim dilə qarşılıqları düzgün gəlmir.Accuracy, Precision və Recall biraz qarışıq gələ bilər. Ancaq bunu başa düşməyin ən rahat yolu Tibdə xəstələr üzərində test üsuludur.İndi zah edəcəm..
1. Accuracy- Dəqiqlik- Qısa desək ölçdüyümüz dəyərin həqiqi dəyərə nə qədər yaxın olduğunu göstərir. 100°C olduğu bilinən bir maddənin temperaturunu ölçsəniz, dəqiq bir termometr 100°C-yə yaxın göstərəcək.
SELECT
SUM(CASE
WHEN fraud_label = 1 AND is_high_value_transaction = 1 THEN 1
WHEN fraud_label = 0 AND is_high_value_transaction = 0 THEN 1
WHEN fraud_label = 1 AND is_frequent_transaction = 1 THEN 1
WHEN fraud_label = 0 AND is_frequent_transaction = 0 THEN 1
WHEN fraud_label = 1 AND is_odd_hour_transaction = 1 THEN 1
WHEN fraud_label = 0 AND is_odd_hour_transaction = 0 THEN 1
ELSE 0
END) * 1.0 / COUNT(*) AS accuracy
FROM
ATransactions;
2. Precision- Dəqiqlik - Eyni temperaturu bir neçə dəfə ölçsəniz və 100.1°C, 100.2°C və 100.1°C kimi dəyərlər əldə etsəniz, ölçmələriniz dəqiqdir demək..
TP=True Positive - Adamın doğurdan da xəstəliyi var və test onu xəstə kimi tapıb.
FP= False Positive -Adamın Xəstəliyi yoxdur ancaq test onu xəstə kimi göstərib.
TN= True Negative- Adamın xəstəliyi yoxdur və tested onu xəstə göstərməyib.
FN= False Negative -Adamın xəstəliyi var ancaq test onu xəstə göstərməyib.
.
İndi bunu düsturda tətbiq edin..
SELECT
SUM(CASE
WHEN fraud_label = 1 AND (is_high_value_transaction = 1 OR is_frequent_transaction = 1 OR is_odd_hour_transaction = 1) THEN 1
ELSE 0
END) * 1.0 /
SUM(CASE
WHEN (is_high_value_transaction = 1 OR is_frequent_transaction = 1 OR is_odd_hour_transaction = 1) THEN 1
ELSE 0
END) AS precision
FROM
ATransactions;
3. Recall - Modelimizdəki doğruların həqiqi doğruları nə dərəcədə yaxşı tutduğunu göstəricisidir..
SELECT
SUM(CASE
WHEN fraud_label = 1 AND (is_high_value_transaction = 1 OR is_frequent_transaction = 1 OR is_odd_hour_transaction = 1) THEN 1
ELSE 0
END) * 1.0 /
SUM(CASE
WHEN fraud_label = 1 THEN 1
ELSE 0
END) AS recall
FROM
ATransactions;
4. F1 Score- Precision ilə Recall arasında tarazlıq yaradır .
WITH PrecisionRecall AS (
SELECT
SUM(CASE
WHEN fraud_label = 1 AND (is_high_value_transaction = 1 OR is_frequent_transaction = 1 OR is_odd_hour_transaction = 1) THEN 1
ELSE 0
END) * 1.0 /
SUM(CASE
WHEN (is_high_value_transaction = 1 OR is_frequent_transaction = 1 OR is_odd_hour_transaction = 1) THEN 1
ELSE 0
END) AS precision,
SUM(CASE
WHEN fraud_label = 1 AND (is_high_value_transaction = 1 OR is_frequent_transaction = 1 OR is_odd_hour_transaction = 1) THEN 1
ELSE 0
END) * 1.0 /
SUM(CASE
WHEN fraud_label = 1 THEN 1
ELSE 0
END) AS recall
FROM
ATransactions
)
SELECT
precision,
recall,
2 * (precision * recall) / (precision + recall) AS f1_score
FROM
PrecisionRecall;
5. Confusion Matrix- modelinizin performansını ətraflı başa düşməyə kömək edir..
SELECT
SUM(CASE
WHEN fraud_label = 1 AND (is_high_value_transaction = 1 OR is_frequent_transaction = 1 OR is_odd_hour_transaction = 1) THEN 1
ELSE 0
END) AS true_positives,
SUM(CASE
WHEN fraud_label = 0 AND (is_high_value_transaction = 1 OR is_frequent_transaction = 1 OR is_odd_hour_transaction = 1) THEN 1
ELSE 0
END) AS false_positives,
SUM(CASE
WHEN fraud_label = 1 AND (is_high_value_transaction = 0 AND is_frequent_transaction = 0 AND is_odd_hour_transaction = 0) THEN 1
ELSE 0
END) AS false_negatives,
SUM(CASE
WHEN fraud_label = 0 AND (is_high_value_transaction = 0 AND is_frequent_transaction = 0 AND is_odd_hour_transaction = 0) THEN 1
ELSE 0
END) AS true_negatives
FROM
ATransactions;
Və buda son. Siz istəsəniz bu modeli öz qaydalarınıza uyğun dəyişə bilərsiz əlbəttə. Həm Fraud detection həm SQL i həmdə statistikanı əhatə edən qısa bir izahat olsun deyə başladım ancaq gör haralara gəldi çıxdı. Bunu öz saytımn subdomainində yerləşdirəcəm, githubda da qoya bilərəm ancaq saytda paylaşacam daha aydın və əlçatan olacağını düşünürəm.
Qeyd: Bir çox hallarda sorğular, kodlar çox qarışıq olur. Zatən bunu heç kim bir dəfəyə sorğuları yazmır, onları dəfələrə test edirsən, alınmırsa Google -da axtarırsan, daha çətin və mümkun olmuyan şeydirse Stackoverflow saytında axtarırsan. Sadədədən mürəkkəbə doğru getsəniz hər biri sizə aydın olacaq. Ən gözəli isə səhvlərin olmağıdır. Səhvləri araşdırarkən endiyiniz dərinliklər sizə başda görünən mümkünsuz olanlardır.